2024 və 2028-ci il Yay Olimpiya Oyunlarına kim ev sahibliyi edəcək?

Eşqin Nuruşov/AZADİNFORM. 2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib.

Azadinform xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib. Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.

Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.

14.09.2017 16:20 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo