İsmayıllıda yüksək dağlıq ərazidə yanğın başlayıb

Samir Soltanov/AZADİNFORM. Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri cəlb olunub.  

Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

14.09.2017 16:05 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2018
    18.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo