Moskva Qarabağ münaqişəsində nə vəkildir, nə də prokuror

"Rusiya üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin xarici və daxili siyasətlərini özlərinin formalaşdırması, onların xarici dövlətlərin təsirindən kənar olmasıdır". 

Məlumata görə, bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan rusiyalı senator münaqişə tərəflərinin özlərinin güzəştli həll yolunu tapmalı olduğunu söyləyib: "Rusiya nə vəkildir, nə də prokuror. Ümid edirik ki, tərəflər özləri güzəştli həll yolu tapacaq". (apa)

14.09.2017 15:57 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo