Saakaşvili Kiyevə gedəcəyi tarixi açıqladı

Leyla Məhərrəmova/AZADİNFORM. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın paytaxtı Kiyevə sentyabrın 19-da getməyi planlaşdırır.

Azadinform Gürcüstan mediasına istinadən xəbər verir ki, Saakaşvili bunu Çernovtsı şəhərində çıxışı zamanı deyib. 

Qeyd edək ki, Ukrayna səfərinə Çernovtsıdan başlayan sabiq prezident bir neçə şəhərdə olacağını, sonra isə Kiyevə gedəcəyini bildirib: “Sentyabrın 19-u Kiyevin himayəçisi  Mixail Arxangel  günüdür.  Biz təcili Kiyevi xilas etməliyik!”

Saakaşvili bildirib ki, o Kiyevə çatdıqdan sonra Ukrayna irəliyə doğru getməyə başlayacaq.

14.09.2017 15:50 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo