Nazirlik müasir toxum təmizləmə avadanlıqları alıb

Eşqin Nuruşov/AZADİNFORM. Kənd Təsərrüfatı Nazirliyi müasir toxum təmizləmə avadanlıqları alıb.

Nazirlikdən Azadinform verilən məlumata görə, "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində alınmış avadanlıqlar Əkinçilik Elmi Tədqiqat İnstitutunun nəzdində toxum təmizləmə məntəqələri kimi fəaliyyət göstərəcək. Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqələrə toxumun ilkin təmizləməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən maşınlar daxildir.

Toxum təmizləmə məntəqələri yeni məhsuldar sortların yaradılması ilə məşğul olan Əkinçilik Elmi Tədqiqat İnstitutunun işlərində keyfiyyəti yüksəldəcək.

Bundan başqa, məntəqələr özəl toxum yetişdirən fermerlərə də xidmət göstərəcək. Toxum yetişdirən fermerlər öz toxumlarını bu məntəqələrə gətirməklə, yüksək keyfiyyətli təmizlənmiş toxum əldə edə biləcəklər.

İlk məntəqə artıq Qobustan rayonunda Əkinçilik Elmi Tədqiqat İnstitutunun Bölgə Stansiyasında quraşdırılıb. Bu tip məntəqə ölkəmizdə ilk dəfə quraşdırılır. Buna görə də istehsalçı firmanın mütəxəssisləri Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşlarını, eləcə də özəl toxumçuları avadanlıqlarla tanış etmək üçün bu gün Qobustanda seminar keçiriblər.

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində 6 belə məntəqə açılıb, alimlərə və özəl toxum istehsalçılarına xidmət göstərəcək.

14.09.2017 15:45 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo