AÇG sazişi Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək

"Azəri-Çıraq-Günəşli üzrə imzalanan yeni saziş Azərbaycan və Böyük Britaniya üçün çox xoş xəbərdir". 

Məlumata görə, bunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib .

O qeyd edib ki, bu, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verəcək: "Artıq əlimizdə yeni əsrin müqaviləsi var. Bu müqavilə Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin hansı səviyyədə olduğunun göstəricisidir. Fəxrlə deyə bilərəm ki, bu müqavilə BP və SOCAR arasında imzalanıb. Bu, prezident İlham Əliyevin Azərbaycanla bağlı siyasətinə yeni töhfə verəcək”. (apa)

14.09.2017 15:02 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo