Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur

"Bu gün Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur".

Məlumata görə, bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.

"Azərbaycanın xüsusi iqtisadi və siyasi rolunu nəzərə alsaq,  Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir", - S. Markov bildirib.

Ekspertin sözlərinə görə, bu yaxınlarda Rusiyanın və NATO-nun Baş Qərargah rəislərinin Bakıda keçirdiyi görüş rəsmi Bakının geosiyasi bölgüdə xüsusi yer tutduğunun təsdiqidir.

S. Markov qeyd edib ki, Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir. (report)

14.09.2017 14:47 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo