Azərbaycan hər zaman islam həmrəyliyinə böyük töhfə verib

“Azərbaycan bütün din nümayəndələrinin rahat və təhlükəsiz yaşadığı bir məkandır və bu model bütün dünya üçün örnək olmalıdır”.

Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-nin Qazilər Şurasının bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan həm iqtisadi, həm də mənəvi cəhətdən inkişaf edir:

"Azərbaycanda sağlam düşüncəli insanlar çox olduğu üçün məzhəb ayrıseçkiliyi yaratmaq mümkün olmayıb. Dünyada İslam dininə xələl gətirmək istəyən qüvvələr var. Azərbaycan hər zaman bununla mübarizə aparıb və islam həmrəyliyinə böyük töhfə verib. Bu il Azərbaycanda İslam həmrəyiliyi ili elan edildi. Tarixdə İslam həmrəyliyi ilə bağlı addımlar atılıb, ancaq dövlət rəhbəri tərəfindən ilk dəfə belə addım Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılıb". (trend)

14.09.2017 14:40 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo