Gənc Tamaşaçılar Teatrından yeni layihə Eşqi - Nigar

Ləman Hüseynzadə / AZADİNFORM. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir yeni layihə üzərində yaradıcılıq prosesi başlayıb.

Teatrın mətbuat xidmətindən Azadinform-a verilən məluma görə, teatr Bakı Yunis Əmrə İnstitutu ilə birgə “Eşqi – Nigar” layihəsi hazırlayır. Əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında yaradılır. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov layihə iştirakçıları ilə görüşərkən “Ümid edirəm ki, əfsanəvi xalq qəhrəmanı Koroğlu dastanının əsas obrazlarından olan Nigarın Koroğluya olan sevgi motivləri üzərində qurulan tamaşa həm Azərbaycan, həm də qardaş Türkiyə tamaşaçıları tərəfindən rəğbətlə qarşılanacaq. Bunu deməyə əlimizdə olan zəngin material və eyni zamanda truppamızda olan aktyor potensialıdır”, - deyə söyləyib. 

Tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, səhnələşdirmə müəllifi Amaliya Ömərova, baletmeystr Ceyhun Dadaşovdur. Tamaşada əsas obrazları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, İlham Əsədov, Vahid Orucoğlu və başqaları ifa edəcək. Tamaşanın bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. 

Qeyd edə ki, sözügedən layihənin Bakı premyerası bu ilin noyabr ayının 14-də baş tutacaq. Sonrakı nümayişlər isə Türkiyənin Ərzurum, Bolu və digər şəhərlərində nəzərdə tutulur. 

14.09.2017 14:32 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo