Moskvada daha bir bomba həyəcanı, məktəblər təxliyə olunub

Moskvada 3 orta məktəb təxliyə olunub. 

Məlumata görə, buna məktəblərə bomba qoyulması ilə bağlı anonim zənglərin daxil olması səbəb olub.

Məktəblərdə dərhal təxliyə həyata keçirildikdən sonra axtarışlar aparılıb.

Qeyd edək ki, ötən gün Moskvada anonim təhdid zəngləri kütləvi şəkildə qeydə alınıb. Ümumilikdə 100-ə yaxın obyektə bomba qoyulduğu bildirilib. 50 mindən çox adam təxliyə edilib.

Zənglərin heç biri öz təsdiqini tapmayıb. (trend)

14.09.2017 14:14 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo