165 min uşaq 1-ci sinfə qəbul edilib

Samir Soltanov/AZADİNFORM. “Bu il Azərbaycanda 165 min uşaq 1-ci sinfə qəbul edilib”. 

Azadinform xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, son illərdə ölkədə müşahidə edilən müsbət demoqrafik artım təhsil sahəsinə də təsir göstərib: “Statistikaya baxsaq görərik ki, orta, tam orta təhsil səviyyələrini başa vuran şagirdlərlə I sinfə qəbul olunan şagirdlərin sayı arasında çox ciddi fərq var. Hər il təhsil sistemimiz təxminən 50 min nəfər artır. Ümumilikdə, 2017-2018-ci tədris ilində Azərbaycan məktəblərində 1 milyon 450 minə yaxın şagird təhsil alacaq, 150 minə yaxın müəllim onların tədrisi ilə məşğul olacaq”.

14.09.2017 13:27 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo