Ermənistan İrandan silah alan ilk ölkə olacaq

Leyla Məhərrəmova / AZADİNFORM. “Əgər İran hərbi sənaye məhsullarını dünya bazarına çıxarmağa hazırdırsa, Ermənistan lazımi məhsulları alan ilk ölkə olacaq”. 

Azadinform-un məlumatına görə, bunu siyasi analitik Hrand Melik Şahnazaryan deyib. 

Şahnazaryanın fikrincə, Rusiya KTMT üzvü kimi Ermənistan vasitəsilə İranın imkanları ilə tanış olmaqda maraqlı olacaq və Ermənistan-İran əməkdaşlığına mane olmayacaq. 

Qeyd edək ki, İranın müdafiə naziri bir müddət öncə bildirib ki, İran ölkələri silahla təchiz etməyə hazırdır.

14.09.2017 13:10 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo