Zakir Həsənov İsrail müdafiə sənayesinin aparıcı müəssisələrində olub

Samir Soltanov/AZADİNFORM. İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z. Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

14.09.2017 13:00 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo