Seda Sayanın mənə çox faydası olub

Ləman Hüseynzadə / AZADİNFORM. Müğənni Nihat Doğan televiziya proqramlarının birində təəccüblü açıqlamalarla çıxış edib. 

Azadinform xəbər verir ki, o, keçmiş sevgilisi Seda Sayan haqqında ilk dəfə danışaraq “Seda xanımın mənə bəxş etdiyi çox şey var” deyə bildirib: “Televiziyada olan müvəffəqiyyətim... Ən böyük taktikaları ondan öyrəndim. Səhnə duruşunu, imicin necə hazırlanmalı olduğunu. Hər kəs qürur edər söyləməz, amma Seda xanım mənə çox şey verdi. Mənim də ona qatqım çoxdur. İlk münasibətimizə başladıqda aldığı pula və bir də biz ayrıldıqdan sonra aldığı pula baxın. Ona hazırladığım albomdan, mahnıdan sonra əlavə işlər görməyə başladı. Reklam mahnılarını yaratdım. Bir-birimizə faydamız çox oldu. Bəlkə də onun mənə daha çox faydası olub. Bunu da inkar etmərəm”. 

14.09.2017 13:05 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo