Temperatur 35 dərəcəyə yüksələcək

Eşqin Nuruşov/AZADİNFORM. Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi  ilə  əvəz olunacaq.

Havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq. 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  18-23°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.

14.09.2017 12:25 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo