Gəncədə evlərdən və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Gəncədə evlərdən və avtomobillərdən silsilə oğurluqlar edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən avqustun 10-da Gəncə şəhər sakini Orxan Sadıqovun “QAZel” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun iyun ayından indiyədək Gəncə şəhəri ərazisində 11 evdən və 6 avtomobildən pul, mobil telefon, akkumulyator, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyənləşib.

14.09.2017 12:30 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo