Malayziyada məktəb yanıb, xeyli sayda ölən var

Malayziyada dini məktəbdə yanğın baş verib.

Məlumata görə, ölkənin paytaxtı Kuala-Lumpurda yerləşən məktəbdə yanğın zamanı azı 25 nəfər ölüb.

Ölənlərin arasında şagird və müəllimlərin olduğu bildirilir.

Hadisə bu gün səhər saatlarında baş verib.

Qeyd edək ki, ölkənin Yanğından Xilasetmə qurumu qeydiyyatdan keçməmiş və özəl dini məktəblərdə yanğın təhlükəsizliyi tədbirlərinin səviyyəsindən narahat olduğunu, 2015-ci ildən bu günə qədər onlara bu məktəblərdə baş verən yanğınlarla bağlı 211 çağırış daxil olduğunu bəyan edib.  (apa)

14.09.2017 11:57 / Baxılıb: 36 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo