Kibrit qutusunda narkotik maddə aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları ölkəyə narkotik maddə keçirmək istəyən şəxsi saxlayıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Samur" gömrük postunda Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib.

Bildirilir ki. yoxlama zamanı, həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

14.09.2017 11:43 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo