"Vakant yerlərin arasında yüksək vəzifələr də var"

“Hazırda ölkədə vakant dövlət vəzifələrinin sayı çoxdur. Bir müddət idi ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqə keçirilmirdi. Hazırda Dövlət İmtahan Mərkəzində dövlət orqanlarında 1000-dən çox vakant yer barədə məlumat var. Bunlar Dövlət Əmlak Komitəsi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyindədir”.

Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. Onun sözlərinə görə, vakant yerlərin arasında yüksək vəzifələr də var.

B. Xəlilov vurğulayıb ki, dövlət orqanlarında yüksək kateqoriyalı vakant vəzifələrə də seçimin aparılmasına başlamaq lazımdır: “Burada söhbət dövlət orqanlarının maraqlarından deyil, qanunvericilikdə nəzərdə tutulan tələblərin həyata keçirilməsindən gedir. Bütün dövlət orqanları vakant yerləri açıq elan etməli və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər”. (apa)

14.09.2017 11:30 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo