Tovuzda kütləvi dava, narkotik vasitə qəbul edən yeniyetmələr döyülüb

Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb.

Məlumata görə, hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında hələki bilinməyən səbəbdən düşən dava zamanı, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı, Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hər iki şəxsə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və yaralılar palataya yerləşdirilib. İlkin məlumatlara görə, mübahisə edən yeniyetmələr narkotik maddənin təsiri altında olublar. 

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (report)

14.09.2017 10:55 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo