Bu saziş Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsidir

Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün Bakıda Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar təbrik məktubu göndərib. 

Məlumatına görə, məktubu mərasimdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan oxuyub. Təbriki oxumazdan öncə A. Dunkan Azərbaycanın tərəqqisinin şahidi olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini söyləyib. 

T. Meyin təbrikində isə bildirilir ki, bu gün imzalanan saziş Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: “Azərbaycan müstəqillik qazandıqdan sonra “Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Mən üzr istəyirəm ki, bu sazişin imzalanması mərasimində Bakıda ola bilmirəm. Ancaq əminəm ki, bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək”. (apa)

14.09.2017 10:37 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo