Nazir Myanmarda müsəlmanlara qarşı baş verənləri genosid adlandırıb

Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb.

Məlumata görə, N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib.

O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır.

N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib.  

"Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.

Qeyd edək ki, Malayziya hökuməti bir qədər əvvəl Myanmardan qəbul etdiyi müsəlman qaçqınların sayını artırmağa hazır olduğunu bəyan edib.

Hazırda Malayziyada Myanmardan olan 100 minədək qaçqın müsəlman var. (apa)

14.09.2017 10:35 / Baxılıb: 34 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo