Yığmamız Gürcüstanla qarşılaşacaq

Eşqin Nuruşov/AZADİNFORM. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı bəlli olub. 

Azadinform xəbər verir ki, yığmanın növbəti təlim-məşq toplanışları və yoxlama oyunlarının vaxtı açıqlanıb.

Millimiz sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi çərçivəsində Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu baş tutacaq. 

Qeyd edək ki, bu matçların sentyabrın 25-də və 27-də keçirilməsi nəzərdə tutulub.

14.09.2017 10:25 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo