Ərdoğan AÇG yataqları üzrə yeni Sazişin imzalanması ilə bağlı mərasimə təbrik ünvanlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimə təbrik ünvanlayıb. 

Məlumata görə, təbriki Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak oxuyub. B. Albayrak deyib ki, Azərbaycan nefti Türkiyə üzərindən dünyaya ixrac edilir: "İnşallah, gələn il TANAP-la qazın ixracı sahəsində bu əməkdaşlıq daha da güclənəcək". (apa)

14.09.2017 10:20 / Baxılıb: 35 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo