İstanbulda əməliyyat keçirilib - Saxlanılanlar var

İstanbul səhəri əməliyyatla başlayıb. 

Məlumata görə, İstanbul polisi səhər saatlarında narkotik alverçilərinə qarşı əməliyyata başlayıb. Bu barədə şəhər Polis İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, əməliyyat daha öncədən hazırlanmış ünvanlar üzrə aparılır.

Məlumatda deyilir: "Əməliyyat nəticəsində saxlanılanlar var və böyük həcmdə narkotik partiyası müsadirə edilib".

Qeyd edək ki, son əməliyyat nəticəsində Egey dənizində yaxtaların birində 3 milyon dollar dəyərində 280 kiloqram narkotik vasitə aşkar edilmişdi. (trend)

14.09.2017 10:10 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo