Bu gün AÇG yataqlar blokunun işlənməsində yeni dövr başlayır

Samir Soltanov/AZADİNFORM. “Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır”. 

Azadinform xəbər verir ki, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, bu gün imzalanacaq kontraktın ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar ətrəfinlən 3,6 miyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək”. 

Prezident qeyd edib ki, “Əsrin müqaviləsi" imzalanan zaman "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 511 milyon ton neft olduğu ehtimal edilirdi.  Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasil edilməmiş 500 milyon ton neft var”. 

14.09.2017 09:53 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo