Neftimiz bahalaşıb

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,73 dollar və yaxud 1,28% artıb.

Azadinform xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 57,63 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

14.09.2017 09:40 / Baxılıb: 35 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo