Bakıda avtobus dayanacağa çırpıldı - Yaralanan var

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb. (trend)

14.09.2017 09:05 / Baxılıb: 61 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo