Kürdəmirdə yol nəqliyyat hadisəsi baş verib, ölən var

Eşqin Nuruşov/AZADİNFORM. Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azadinform-a verilən məlumata görə, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

14.09.2017 09:15 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo