Avropa Liqasının qrup mərhələsinə start veriləcək - Bu gün

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Avropa Liqasının qrup mərhələsində yeni mövsümə start veriləcək. 

Azadinform xəbər verir ki, 12 qrupda yer alan 48 komanda mübarizəyə başlayacaqlar.

Onların arasında azərbaycanlı azarkeşlərin xüsusi azarkeşlik etdiyi Türkiyənin 2 təmsilçisi də var. 

Onlardan "Başakşehir" Bolqarıstan "Lüdoqorets"ini qəbul edəcək. "Konyaspor" isə Fransada "Marsel"in qonağı olacaq.

Postsovet məkanından isə Rusiyanın "Lokomotiv" (Moskva) və "Zenit", Ukraynanın "Dinamo" (Kiyev) və "Zarya" (Luqansk), Belarusun BATE, Moldovanın "Şerif", Qazaxıstanın "Astana" komandaları qrupa düşüb.

"Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Şerif" Çexiya "Zlin"inə qonaq olacaq, Danimarka "Kopenhagen"i isə məhz "Lokomotiv"i qəbul edəcək. 

 

UEFA Avropa Liqası

Qrup mərhələsi

I tur

 

A qrupu

21:00. "Slaviya" (Praqa, Çexiya) - "Makkabi" (Təl-Əviv, İsrail) 

21:00. "Vilyarreal" (İspaniya) - "Astana" (Qazaxıstan)  

 

B qrupu

21:00. "Yanq Boyz" (İsveçrə) - "Partizan" (Serbiya)

21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Skenderbeu" (Albaniya) 

 

C qrupu

21:00. "Başakşehir" (Türkiyə) - "Lüdoqorets" (Bolqarıstan)

21:00. "Hoffenhaym" (Almaniya) - "Braqa" (Portuqaliya)

 

D qrupu

21:00. "Riyeka" (Xorvatiya) - AEK (Afina Yunanıstan)

21:00. "Austriya" (Avstriya) - "Milan" (İtaliya)  

 

E qrupu

21:00. "Apollon" (Kipr) - "Lion" (Fransa)

21:00. "Atalanta" (İtaliya) - "Everton" (İngiltərə)  

 

F qrupu

21:00. "Kopenhagen" (Danimarka) - "Lokomotiv" (Moskva, Rusiya)

21:00. "Zlin" (Çexiya) - "Şerif" (Moldova)

 

G qrupu

23:05. "Styaua" (Rumıniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:05. "Hapoel" (Beer-Şeva, İsrail) - "Luqano" (İsveçrə) 

 

H qrupu

23:05. "Arsenal" (İngiltərə) - "Köln" (Almaniya)

23:05. "Srvena Zvezda" (Serbiya) - BATE (Belarus) 

 

İ qrupu

23:05. "Setubal" (Portuqaliya) - "Zalsburq" (Avstriya)

23:05. "Marsel" (Fransa) - "Konyaspor" (Türkiyə) 

 

J qrupu

23:05. "Herta" (Almaniya) - "Atletik" (Yunanıstan)

23:05. "Zarya" (Luqansk, Ukrayna) - "Ostersun" (İsveç)

 

K qrupu

23:05. "Vitess" (Hollandiya) - "Latsio" (İtaliya) 

23:05. "Sulte Varegem" (Belçika) - "Nitsa" (Fransa) 

 

L qrupu

23:05. "Real Sosyedad" (İspaniya) - "Rusenborq" (Norveç)

23:05. "Vardar" (Makedoniya) - "Zenit" (Rusiya)  

Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

14.09.2017 09:10 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo