Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlərin adları məlum oldu

Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Lima şəhərində keçirilən sessiyasında 2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə, 2028-ci il Olimpiadasının isə Los-Ancelesdə keçirilməsinə dair rəsmi qərar qəbul olunub.

Azadinform "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, bunu BOK-un prezidenti Tomas Bax elan edib.

"Beynəlxalq Olimpiya Komitəsinin eyni zamanda 2024 və 2028-ci illər Yay Olimpiya Oyunlarının paytaxtlarını seçdiyini xəbər verməyə şadam. 2024 və 2028-ci il Oyunları müvafiq olaraq Paris və Los-Ancelesdə keçiriləcək", — deyə Tomas Bax bildirib.

13.09.2017 23:56 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo