Qazax sakini qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib

Qazax sakini ehtiyatsızlıq nəticəsində qəlpə yarası alıb.

Məlumata görə, rayonun Kəmərli kənd sakini 23 yaşlı Ramil Akif oğlu Babayev bədənin müxtəlif nahiyələrinin qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 2-ci qrup əlil olan R. Babayev tapdığı gülləni əlinə götürən zaman partlayış olub və o qəlpə yaraları alıb. (apa)

13.09.2017 23:48 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo