BMT-də beynəlxalq vasitəçilər qrupu yaradılıb

BMT-nin baş katibi Antoniu Quterres qurum nəzdində yüksək səviyyəli beynəlxalq vasitəçilər qrupunun yaradıldığını bəyan edib.

Azadinform-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, komissiya 18 üzvdən ibarətdir.

Onların arasında Çili prezidenti Mişel Baçelet, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Qırğızıstanın eks-prezidenti Roza Otunbayevanın adları var.

Məlumata əsasən, qrup dünyada diplomatiyanın yüksəlməsi, BMT-nin diplomatiya sahəsində imkanlarının artırılması məqsədilə təsis edilib.

“Mən qrup üzvlərindən məsləhətlər gözləyəcəyəm, onların bütün vasitəçilik səylərini dəstəkləyəcəyəm. Əminəm ki, qrup bizə regional təşkilatlar, dünya üzrə vasitəçilik fəaliyyəti ilə məşğul olanlarla daha səmərəli işləməyə kömək edəcək”, deyə A.Quterreş bildirib. 

13.09.2017 23:26 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo