Baş katib: "Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoyulmalıdır"

BMT-nin baş katibi Antoniu Quterreş Myanmar hökumətini ölkədə hərbi əməliyyatlara və  rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.

Azadinform-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, baş katib bəyan bildirib ki, hazırkı vəziyyət regionu böhrana sürükləyir.

“Myanmarda humanitar vəziyyət fəlakət həddindədir”, A.Quterreş vurğulayıb. O, qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.

Qeyd edək ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa məcbur olub.  

13.09.2017 22:57 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo