Qasırğa Avropanı da cənginə aldı

Belçika, Hollandiya, İtaliya, İngiltərə, Danimarka, Almaniya və Fransa başda olmaqla Avropanın qərbində və cənubunda qasırğa hökm sürür.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, qasırğanın sürəti saatda 120 km, bəzi yerlərdə isə 140 km-ə çatacağı bildirilir.

Bəzi bölgələrdə evlərin damı uçub, ağaclar kökündən çıxıb.

Hollandiyada bütün növ nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaşanmağa başlayıb. Ağacların aşması nəticəsində 4 nəfər yaralanıb.

İtaliyada küçələri sel basması nəticəsində 8 nəfər ölüb. Ölkəyə 1 milyard avro zərər dəydiyi bildirilir.

İngiltərədə isə 70 min ev və iş mərkəzi işıqsız qalıb.

Qeyd edək ki, Şimali Amerika qitəsində 10 günə yaxındır “Harvey” və “İrma” qasırğaları böyük dağıntılara səbəb olur. Qasırğanın miqyası artmaqdadır.

13.09.2017 22:08 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo