ADB Azərbaycana yeni kreditin ayrılması məsələsinə baxacaq

Sentyabrın 22-də Asiya İnkişaf Bankının (ADB) menecmenti Azərbaycanda dəmir yolu sahəsinin inkişaf etdirilməsinə kredit ayrılması məsələsinə baxacaq.

Layihə üzrə kreditin məbləği 400 mln. ABŞ dolları təşkil edə bilər.

Məlumata görə, avqustun 28-dən sentyabrın 8-dək Bankın faktaraşdırıcı missiyası Bakıda olub və “Dəmiryolu sektorunun İnkişaf Proqramı Layihəsi" ilə bağlı bir sıra görüşlər keçirib.

Xatırladaq ki, layihə ilə bağlı faktaraşdırıcı missiyanın ilk öncə avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilirdi. Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağının keçirilməsi planlaşdırıldı. (report)

13.09.2017 21:37 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo