Rusiya nümayəndə heyəti Türkiyəyə gedir

Türkiyə Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi sentyabrın 16-17-də Antalyada Rusiya Kənd Təsərrüfatı Nazirliyi, Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin əməkdaşları və iş adamlarından ibarət 20 nəfərlik nümayəndə heyəti ilə görüş keçirəcək.

Azadinform-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə İxracatçılar Birliyinin İdarə Heyətinin üzvü Rza Səyyar deyib.

Onun sözlərinə görə, görüş zamanı Rusiyanın embarqo qoyduğu Türkiyə kənd təsərrüfatı məhsullarının ixracının bərpası məsələsi əsas müzakirə mövzularından olacaq.

R.Səyyar həmçinin əlavə edib ki, Türkiyənin Rusiyaya həyata keçirdiyi ixrac əməliyyatlarının həcmi iki ölkənin gərginləşmiş münasibətləri yumşaldıqdan sonra daha da artıb. O, pomidorla bağlı tətbiq edilən sanksiyaların da müsbət istiqamətdə həllini tapacağına ümidvar olduğunu vurğulayıb. 

13.09.2017 21:23 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo