102 müsəlman qaçqın çayda batıb

Avqust ayının sonundan bu günə qədər Myanmarın Rohingya əyalətindən olan ən azı 102 müsəlman qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb. 

Azadinform-un bdnews.24-ə istinadən verdiyi xəbərə görə, onların hamısı Myanmar-Banqladeş sərhədindəki Naf çayında boğulublar.

Qeyd edək ki, qaçqınlar nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar.

Banqladeş bölgəsinin polis əməkdaşı bildirib ki, cəsədlərdən 7-si tapılıb.

13.09.2017 20:38 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo