Azərbaycan stendini 1000-dən çox şirkətin nümayəndəsi ziyarət edib

AZADİNFORM. “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendini iki gün ərzində mindən çox şirkətin nümayəndəsi ziyarət edib. 

Bu barədə Azadinform-a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri Azərbaycanın yerli məhsulları, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.

Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu “Worldfood Moscow” sərgisində Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.

13.09.2017 19:16 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo