Xanım İbrahimova Azərbaycanın İsveçrədəki səfiri təyin edilib

AZADİNFORM. Prezident İlham Əliyev sentyabrın 13-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Azadinform xəbər verir ki, dövlət başçısı İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanı Azərbaycanın İsveçrədəki səfiri təyin edib.

Qeyd edək ki, X.İbrahimova bundan əvvəl Azərbaycanın Avstriyadakı səfirliyində müşavir vəzifəsində işləyib. 

13.09.2017 19:07 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo