Neft Daşlarında estakada əsaslı təmir edilib

Samir Soltanov/AZADİNFORM. SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb. 

Azadinform xəbər verir ki, 1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulub, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılıb. Obyektdə 1200 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib, 4020 kvadrat metr sahəyə asfalt örtüyü döşənib.  

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.

13.09.2017 19:00 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo