Mehman Əliyevin azad olunması müsbət bir addımdır

Samir Soltanov/AZADİNFORM. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb. 

Azadinform xəbər verir ki, AŞPA həmməruzəçiləri bildiriblər ki, M. Əliyevin azad olunması müsbət bir addımdır. 

Qeyd edək ki, Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

13.09.2017 18:20 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo