Sərksiyan ofisinin 3-cü dönəm hakimiyyətdə olması qəbuledilməzdir

Leyla Məhərrəmova/AZADİNFORM. Ermənistanın Respublikaçı Partiyası xalqın iradəsi ilə hakimiyyətdən uzaqlaşdırılmalıdır. 

Azadinform news.am-a istinadən xəbər verir ki, bunu Milli Assambleyanın deputatı, müxalifətdə olan “Çıxış” fraksiyasının üzvü Ararat Mirzoyan deyib. 

O qeyd edib ki,  2018-ci ildə ölkənin baş nazirini Respublikaçı Partiyadan görmək istəmir: “Lakin heç bir güc olmasa Respublikaçı Partiya parlamentdə üstünlük təşkil etməyə davam edəcək və bu partiyanın nümayəndəsi də baş nazir olacaq”. 

Deputat deyib ki, baş nazir postuna namizədin hakim partiyanın sədri və indiki prezident Serj Sərkisyanın olmaması arzuediləndir: “Əks halda, bu Sərksiyan ofisinin hakimiyyətdə üçüncü dönəmi olacaq . Bu da qəbuledilməzdir”. 

13.09.2017 17:28 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo