Azərbaycan ət idxalını kəskin artırıb

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan ət idxalını kəskin artırıb.

Azadinform Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar-avqust ayları ərzində ölkəyə statistik dəyəri 42 mln. 979,26 min dollar olan 28 min 249,77 ton ət idxal edilib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 min 329,58 ton və ya 66,96% çoxdur. Məbləğ baxımından isə illik artım 22 mln. 603,53 min dollar və ya 2,11 dəfə olub. 

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycana 20 mln. 375,73 dollar dəyərində 16 min 920,19 ton ət idxal edilib.

13.09.2017 16:34 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo