Azərbaycan Tbilisidə keçirilən Yerli İqtisadi İnkişaf Forumunda təmsil ediləcək

Leyla Məhərrəmova / AZADİNFORM. Sentyabrın 13-14-də Tbilisidə Yerli İqtisadi İnkişaf Forumu keçiriləcək. 

Azadinform xəbər verir ki, bu barədə Tbilisi Bələdiyyəsinin yaydığı bəyanatda deyilir. Qeyd edilib ki, forumda Azərbaycan, Qazaxıstan, Ermənistan, Türkiyə, Moldova və digər ölkələrin təmsilçiləri  də daxil olmaqla 100-dən çox məruzəçi iştirak edəcək. 

Tbilisi Bələdiyyəsi tərəfindən təşkil edilən forum 2007-ci ildən davamlı olaraq keçirilir: “Bu müddət ərzində forum regionların inkişafı məsələsini müzakirə etmək üçün  regional platformaya çevrilib. Forum iştirakçılarının ideya və təcrübə mübadiləsi etmək imkanları  var”. 

13.09.2017 16:07 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo