Zirənin baş məşqçisinə xəbərdarlıq

Samir Soltanov/AZADİNFORM. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Azadinform xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub. 

İclasda yeganə xoşagəlməz məqamla bağlı qərar da verilib. “Qəbələ” ilə səfər matçının 90+1-ci dəqiqəsində oyunun baş hakiminə sərt etiraz edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edilib. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

13.09.2017 16:00 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
    15.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo