Xüsusi avtonəqliyyat almaqla bağlı təlimat dəyişdi

Eşqin Nuruşov/AZADİNFORM. "Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat"da dəyişiklik edilib.

Azadinform xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilir ki, sənədə edilən yeni dəyişikliyə əsasən, avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin baza hissəsinin 20 faizi məbləğində pul kompensasiyası verilir.

İndiyədək isə bu, sənəddə yaşa görə pensiyanın baza hissəsi kimi qeyd edilirdi.

13.09.2017 15:51 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo