Məşhurların evli qaldıqları müddət nə qədər olub?

Ləman Hüseynzadə / AZADİNFORM. Bu məşhurlardan bəziləri evliliklərini illərlə, bəziləri isə heç bir il belə davam etdirə bilməyib. 

Azadinform Türkiyə mətbuatına istinadən məşhurların bədbəxt sonluqla nəticələnən evliliklərini təqdim edir. 

Türkiyəli aktrisa Aslı Ənvər və aktyor Birkan Sokullu 3 il evlilik həyatı yaşayıblar. Şiddətli dərəcədə uyğunsuzluq səbəbi ilə evliliyin əvvəldən məhv olduğu, qarşılıqlı fikir uyumsuzluğu yaşadıqları üçün açdıqları davada ilk iclasda qərar verilib və məşhur cütlük boşanıblar. Aslı boşanma məsələsində bir-birlərini başa düşdüklərini və hər hansı bir təzminat tələblərinin olmadığını bildirib. 

“Yaprak Dökümü” serialında Leyla rolunu oynayan Gökçe Bahadır keçmiş həyat yoldaşı Ali Sunal ilə 3 il yarım birlikdə olduqdan sonra evlənmə qərarı almış və evlilikləri 6 ay sürmüşdür. Gökçe və Sunal da qarşılıqlı anlaşaraq məhkəmədə heç bir təzminat tələb etməyiblər. 

Maqazin dünyasının nümunəvi cütlüklərindən sayılan Çağla Şıkel və Emre Altuğun evliliyi isə 7 il davam edib. Bu evlilikdən Uzay və Kuzey adlı iki övladları olan cütlüyün uşaqlarının qorunması Çağlaya həvalə edilib. Buna baxmayaraq cütlük bir-birindən heç nə tələb etməyib. 

Məşhur müğənni Mustafa Ceceli xanımı Sinem Ceceli ilə olan evliliyini 9 ildən sonra sonlandırıb. Müğənni boşanma xəbərini sosial şəbəkə üzərindən bildirib. O bildirib ki, bu bizim aldığımız ortaq qərardır və anlaşıqlı şəkildə sonlandırırıq.

İbrahim Tatlısəs isə 11 il birlikdə olduğu Ayşegül Yıldız ilə 28 sentyabr 2011-ci il tarixində ailə həyatı qurub. Evlilikdən sonra çox xoşbəxt olduğunu deyən Tatlısəs 2013-cü ildə səssiz-sədasız Ayşegüldən boşanıb. 2 illik evlilikdən dünyaya gəlmiş Elif Adanın nəzarəti isə anasına tapşırılıb.

13.09.2017 15:28 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo