Avropa Müdafiə İttifaqı yaratmaq lazımdır

Samir Soltanov/AZADİNFORM. “Avropa İttifaqına (Aİ) 2025-ci ilədək Avropa Müdafiə İttifaqı yaratmaq lazımdır”. 

Azadinform xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin (AP) plenar sessiyasında çıxışı zamanı bildirib. Yunkerin sözlərinə görə, bunu avropalılardan NATO da istəyir: “Müdafiə sahəsində böyük səylər tələb olunur. Avropa Müdafiə İttifaqının yaradılması gündəlikdə var. 2025-ci ilədək bizə fəaliyyətdə olan belə bir birlik lazımdır”.

13.09.2017 13:52 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo