Fabreqas Qarabağla oyundan danışdı: Gözəl nəticə əldə etdik

Samir Soltanov/AZADİNFORM. “Çempionlar Liqasından oynamağı uzun müddət idi ki, gözləyirdik. Nəhayət, bu baş verdi. “Yaxşı oynadıq və gözəl nəticə əldə etdik”. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bunu "Çelsi"nin futbolçusu Sesk Fabreqas Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra bildirib. Fabreqas qeyd edib ki, qolların qrupun son nəticəsinə necə təsir edəcəyini deyə bilmərik, ona görə də belə davam etməliyik: “Komanda yoldaşlarımın hamısı yaxşı oynadı: “Bəzən zəif rəqibə qarşı daha çox hücum etmək istəyərsiniz, bəzən isə yox. Amma bu matçda hamının yaxşı oynadığını düşünürəm. Şəxsən mən çox yaxşı idim və biz komanda şəklində geri döndük. Ancaq buna ən yaxşı oyunumuz olduğunu demək olmaz. Biz yavaş-yavaş artırırıq. Ümid edirəm ki, əvvəlcə formamıza qayıdacağıq”. 

S.Fabreqas “Arsenal”la oyunu köklənməli olduqlarını vurğulayıb: "Bu görüş çətin olacaq".

13.09.2017 13:40 / Baxılıb: 36 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo